Yenicag saytına istinadən Icma.az xəbər verir.
“Bədii əsərlərdə, filmlərdə, seriallarda, tamaşalarda, hətta bəzən rəssamlıq əsərlərində sözün çılpaq mənasında elə çılpaq təqdimatlara rast gəlmək olur”.
Bu fikirləri tanınmış yazıçı və dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.
O, “bədii əsərlərdə, filmlərdə, serial və tamaşalarda söyüş və qeyri-etik ifadələrdən istifadə normaldır” sualını cavablandırıb:
“Mən bədii əsərlərdə qeyri-etik, təhqiramiz ifadələrin, söyüşün, ağır ritorika ilə danışmağın əleyhinəyəm. Bədii əsəri oxuyan adam o əsərdən müsbət nə isə götürməlidir, o qəhrəmanlardan nə isə öyrənməlidir”.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov
www.yenicag.az