Tanınmışlar İmamoğluna belə dəstək oldular VİDEO

22.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Martın 19-da İstanbul Böyükşəhər və rayon bələdiyyələrinə qarşı “terror” və “korrupsiya” istintaqı başladılıb, 106 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda 90 nəfər həbsdədir.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü bələdiyyə başçısı Murat Çalık, Şişli bələdiyyə başçısı Şahan və müğənni Ercan Saatçı da var. 

Onların saxlanılması Türkiyədə etirazla qarşılanıb. İmamoğluna dəstək olanlar arasında sənətçilər də yer alıb. 

Belə ki, Saraçhane ilinə toplaşan etirazçılara Halil Ergün, Tilbe Saran, Erdal Erzincan, Janset ve Ezel Akay kimi məşhurlar dəstək olublar.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью