Tanınmışların səsindən istifadə olunur DİN MƏLUMAT YAYDI

08.02.2025

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə mətni nitqə çevirən süni intellektin səsli autentifikasiyasından istifadə olunmaqla çağırışlar yayılır.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

DİN rəsmisinin sözlərinə görə, sözügedən vasitə ilə süni intellekt mətni oxuyur və seçilən səsi təkrarlayır. Xüsusilə tanınmış şəxslərin səslərindən istifadə edilir: “Real dələduzluqdur, təhlükə yaradır. Qarşısını almağın tək yolu insanların süni intellektlə mətni oxuyan və seçilən səsi təkrarlayan hallara görə diqqətli və məlumatlı olmasıdır. Hər kəs ehtiyatlı olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью