Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU

31.05.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azərbaycanlı saxlanılıb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Bayrampaşa adlanan ərazisində baş verib. 27 yaşlı azərbaycanlı M.G. sosial şəbəkədən tanış olduğu qadının evinə gəlib. Evdə o, qadının telefonu və pul qabısını götürəndən sonra silahın qundağı ilə sifətinə xəsarət yetirərək qaçıb.

Qadının şikayətindən sonra həmin gənc saxlanılıb. Məhkəmənin qərarı ilə o, həbs edilib.

Qeyd olunub ki, M.G. bundan əvvəl də dəfələrlə eyni üsulla bir neçə qadına qarşı cinayət əməli törədib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью