Tanış olmaq adı ilə kişini soydu BAKIDA KURYOZ OĞURLUQ

22.08.2026

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Hurriyyet.Media xəbər verir ki, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat, bank kartları və şəxsi sənədləri olan pul kisəsinin talandığını bildirib.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhkum olunmuş 43 yaşlı O.Musayeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla həmin şəxsin tanışlıq məqsədi ilə zərərçəkənə yaxınlaşaraq onun diqqətini yayındırmaqla oğurluq etdiyi məlum olub.
Araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью