Tanışı 56 yaşlı Şəmkir sakinini bıçaqladı

19.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Şəmkirdə 56 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb. 

"Unikal"ın məlumatına görə, rayonun Qapanlı kənd sakini, 1969-cu il təvəllüdlü Xaliq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, X.İsmayılovu Şəmkir şəhər sakini, 1986-cı il təvəllüdlü Namiq Hüseynov münaqişə zəminində bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью