Tanışına 95 min atdı

08.03.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzPost-a bildirilib ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью