Tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

19.07.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin 5-ci məhəllə ərazisində baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью