Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məhkəmə Bakının Sabunçu rayonunda tanışını döyərək ağır xəsarətlər yetirməkdə ittiham olunan Elməddin Şıxıyevlə bağlı qərar verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Elməddin Şıxıyevin şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə məhkəmə keçirilib.
Qərara əsasən, Elməddin Şıxıyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri həmin Məcəllənin 130.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və ona təyin edilən cəza 1 ilə endirilib.
Cəza çəkilmiş sayıldığından təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
E.Şıxıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, hadisə ötən il Sabunçu rayonunun Savalan yaşayış massivində baş verib.
İttihama görə, Elməddin Şıxıyev birlikdə yaşadığı qadının qonşusu Emil Məmmədovu mübahisə zəminində küçədə döyərək ağır xəsarətlər yetirib.