Tanışının 132 min manat pulunu dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb AZƏRTAC

28.11.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 noyabr, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildirilib ki, saxlanılan şəxs tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui-istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью