Tanışının 132 min manatını mənimsədi Bakıda elə vəd verdi ki...

28.11.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a bildirildiyinə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.

O, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью