Tanışının 132 min manatını mənimsəyən şəxs TUTULDU VİDEO

28.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba polisi tanışına qarşı külli miqdarda dələduzluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.
O, tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui-istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью