Tanışının bankdan götürdüyü krediti oğurladı

21.11.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb.

Zərərçəkmiş şəxs bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəldiyini, bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirdiyini, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.

Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

//manşet.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью