Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı

14.07.2026

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaradağ rayonunda soyğunçuluq hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, rayon ərazisində yerləşən parkların birində şübhəli şəxs sosial şəbəkədə tanış olduğu qadının mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı İ.Əliyev saxlanılıb.

Araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью