Tanışlarınızın səsini eşitmədən pul yollamayın Elnarədən xəbərdarlıq

16.11.2024

Shownews saytından alınan məlumata görə, Icma.az bildirir.

Müğənni Elnarə Xəlilova paylaşımı ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, sənətçi kibercinayətkarların yeni dələduzluqları ilə bağlı izləyicilərinə xəbərdarlıq edib: 

"Kiberdələduzlar artıq yeni fəndlərə əl atmağa başlayıblar. Telefon kitabçanızdan çox yaxın tanıdığınız birinin vatsap nömrəsini bir neçə saatlıq ələ keçirməklə yaxınlarından müəyyən kart hesabına pul köçürməsini xahiş edirlər. Siz də tanıdığınız biri ilə danışdığınızı zənn edib, pulu hesaba yollayırsız. Bir neçə saatdan sonra adamla əlaqə saxlayırsınız ki, pul köçdü? Deyir, hansı pul? Bildiyiniz, it də gedir, ip də. Odur ki, ehtiyatlı olun. Özəlliklə, yaxın tanışlarınızdan gələn vatsap mesajlarından sonra zəng vurub adamın öz səsini eşitməyənə qədər pul yollamayın".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью