Tank partladı: Ölən və yaralananlar var

21.04.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiyada tankda baş verən partlayış nəticəsində hərbçilər arasında itkilər qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi ölkənin Quru Özünümüdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç hərbçi həlak olub, bir nəfər isə yaralanıb. Məlumata görə, partlayış atəş açılmadan əvvəl mərminin qəfil partlaması səbəbindən baş verib.

"Fuji TV"nin yaydığı xəbərə görə, xəstəxanaya çatdırılan qadın hərbçi huşunu itirsə də, onun danışa bildiyi qeyd olunur.

Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью