“Tankın lüləsi birbaşa bizə çevrildi” 20 Yanvar şahidinin dəhşətli XATİRƏLƏRİ | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… Sərt qış gecəsi Bakının üzərinə qara kabus kimi çökdü.
Həmin gecə baş verənlər nə Solmaz Həsənovanın, nə də minlərlə azərbaycanlının ağlına belə gəlməzdi.
Solmaz Həsənova 20 Yanvar faciəsinin canlı şahidlərindəndir. O gecəni xatırlayarkən deyir ki, şəhər bir anda qaynamağa başladı.
Atəş səsləri, tankların gurultusu, insanların qışqırtısı, ah-nalə və fəryad səsləri sanki göylərə qalxmışdı.
“Hamı evində sakit oturduğu bir vaxtda şəhərdən gələn səslər bizi dəhşətə saldı. Yoldaşım Daxili İşlər Nazirliyində işləyirdi.
Nazirliyin bəzi rəhbər vəzifəli şəxsləri ilə əlaqə saxlayırdı. Onlar bizi sakitləşdirirdilər ki, evdən çıxmayın, hər şey keçəcək.
Heç ağlımıza gəlməzdi ki, sovet ordusu öz vətəndaşına atəş açacaq”, – deyə o xatırlayır.
Tam oxu
Xəbəri oxu