“Tank”la toqquşan “Niva”nın sürücüsü və sərnişini öldü VİDEO

01.10.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Tatarıstan Respublikasında qeydə alınan hadisənin görüntüləri kameraya düşüb.

Məlumata görə, Laişevski rayonunda sürət həddini aşan sürücü idarə etdiyi qoşqulu “Niva” markalı avtomobilin sükan idarəetməsini itirərək əks yola çıxıb və qarşıdan gələn “Tank” markalı yolsuzluq maşını ilə toqquşub.

Zərbənin təsirindən “Niva” deformasiyaya uğrayıb. Qəza nəticəsində ağır xəsarətlər alan “Niva”nın sürücüsü və 39 yaşlı sərnişini hadisə yerində ölüblər. Digər avtomobildə olanlar isə xəsarət almayıb.

Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью