Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
1990-cı il yanvarın 20-si Azərbaycan xalqının yaddaşına qanla yazılan bir gecə oldu.
Sovet hökumətinin həmin gecə planlı şəkildə Bakıda mülki əhaliyə qarşı həyata keçirdiyi amansız qətliamın canlı şahidlərindən biri də Seyran Dursun oğlu Əbdürrəhmanovdur.
Faciə vaxtı üç gün ac-susuz zirzəmidə qalan Seyran Əbdürrəhmanov Oxu.az-a müsahibəsində bildirib ki, Moskvadan göndərilən xüsusi təyinatlı "Alfa" qrupu şahidlərin qalmamasına çalışır, buna görə yaralıları yenidən güllələyirmiş.
- 20 yanvar günü hadisələr necə cərəyan etdi? Nələr baş verdi? - 1988-ci ildə Ermənistandan qaçqın düşərək Azərbaycana gəldim.
1990-cı ildə Bakıda "Taksimatornı" (o vaxt 1 nömrəli taksi parkı - red.) adlanan yerdə işləyirdim.
Dedilər ki, Mixail Qorbaçov "Alfa" qrupunu (KQB-nin xüsusi təyinatlı hərbçiləri) Bakıya göndərib.
Maşınlar, avtobuslar ilə yolları bağlamışdıq ki, onlar Bakıya girə bilməsinlər.