Tanklar, toplar, zirehlilər: Ordunun müxtəlif bölmələrinin taktikixüsusi təlimlərindən GÖRÜNTÜLƏR

29.11.2024

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanklar, toplar, zirehlilər: Ordunun müxtəlif bölmələrinin taktiki-xüsusi təlimlərindən GÖRÜNTÜLƏR

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində müxtəlif bölmələrin cəlb olunması ilə taktiki-xüsusi təlimlər keçirilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılaraq qarşıya qoyulan tapşırıqları dəqiqləşdirib, döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətləri icra ediblər.

Şərti düşmənin döyüş mövqeləri və strateji obyektləri müxtəlifçaplı artilleriya qurğularından sərrast atəşlə məhv edilib. Həmçinin, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısının alınması məqsədilə çətin relyefli, dağlıq və meşəlik ərazilərdə döyüş tapşırıqları icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi təlimlərdə bölmələr yüksək peşəkarlıq nümayiş etdiriblər.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью