Tanqo üzrə dünya çempionatı yekunlaşdı Təfərrüatlar

03.09.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yunanıstanlı rəqqasə Naima Qerasopulu argentinalı tərəfdaşı Lukas Qauto ilə birlikdə Buenos-Ayresdə keçirilən tanqo üzrə Dünya Çempionatında birinci yerin sahibi olub.
Kulis.az xəbər verir ki, uzun illərdir gözlənilən yarışmanın finalında qalib gələn cütlük beynəlxalq tanqo tərəfdaşlığını çempionluq titulu ilə yekunlaşdırıb.
20 il əvvəl qoyduğu hədəfə çatdığını bildirən Lukas Qauto sevinclə xəyallarının gerçəkləşdiyini qeyd edib.
Naima Qerasopulu isə Yunanıstanda tanqoya ilk başladığı anlardan və bu rəqsin onda yaratdığı dərin emosional bağdan bəhs edib.
Dünya çempionatının final mərhələsində Argentina və Yunanıstanla yanaşı Türkiyə, Rusiya, Yaponiya, İndoneziya və Qazaxıstan kimi müxtəlif ölkələrdən gələn rəqqaslar da mübarizə aparıb.
Bu beynəlxalq tərkib tanqonun coğrafi və mədəni sərhədləri aşan universal gücünü bir daha nümayiş etdirib.

“Zamanın nəfəsi xalq sənətində”: Azərbaycanın irsi Almatıda Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri Britaniya kinoteatrlarında qadağa - “Meta”nın “casus eynəklər"i qadağan olunacaq?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью