Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir. "Tanrı insan psixikasının atributudur.
Mənbəsiz su mümkün olmadığı kimi, insanın mahiyyəti də Allahın zatı olmadan mümkün deyil".
Bu sözləri SİA-ya açıqlamasında Psixoloq Psixoterapevt, Duyu bütünləmə mütəxəssisi Orxan Şəfizadə deyib.
O bildirib ki, ən mühüm məqam - Allahın mənşəyini (tapıntısını) içinizdə qəbullanıb və tanımanızdır: "Kəlam buyurduğu kimi: “Allahın Padşahlığı sizin içinizdədir”.
"Özlüyüm" termini "Padşahlığın" içimizdə olduğunu göstərir. “Özlüyüm" (Mənlik) - psixikanın şüurlu və şüursuz hissələrinin birləşmə prinsipi
"Özlüyüm“(Mənlik) psixoloji reallıqdır, o, bizim əslən çevriləcəyimiz insanın daxili modelidir.
"Özlüyüm" (Mənlik) həmişə irəlidə olan məqsəddir. "Özlüyüm" (Mənlik) “içimizdəki Tanrıdır”, Allaha ən yaxın psixoloji yaxınlaşma, ilahilikdi
“Numinous” (ilahi) arxetipi doğuşdan hər bir insana xasdır və bu komponent şəxsiyyətin psixi bütövlüyü üçün zəruridir.