Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kulis.az Hədiyyə Şəfaqətin şeirini təqdim edir.
Tanrının Kişi bətni - kilsə...
Buymuş o-
Yarıqaranlıq və soyuqmuş.
Çarmıxa çəkilmiş İsa, Ata və müqəddəs ruh naminə
qonağını yola sal...
Müqəddəs Məryəm - Qadın.
Adi bir qadın...
Adi bir qadın...
Adi bir qadın...
Solğun şam işıqlarının altında bazar günü duası...
Sakit...
Gözüyumulu uçuş...
Qapı çırıltısı...
...Vidalaşmadan və getmədən əvvəl naşı-naşı
Dua etdim sən və insanlıq naminə:
Tanrı, günəşi güllələrdən qoru
Tanrı, torpağı mərmilərdən qoru
Və sil qəzəb doğuran yaddaşı...
Və adamları xilas et sevgiylə...
Hər şeyiylə kilsə zənginin bazar çağırışı və ətir
Sakit pıçıltıların sehri və yalvarış - günahkar bəndələrini əfv et...
Get!
İndisə get - deyir yamyaşıl sidr ağacları - get!..
Bağışla Ağac
Bağışla Ağac
Bağışla Ağac...
Əllərim əsə-əsə budağını canından qoparıram...
Qayıdıram
Və Tanrını bətnimdə oğurlayıb aparıram...
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq? İntihara aparan monoqrafiya - Bağırovun hansı sözündən sonra ona qarşı düşmәnçilik kampaniyası başlanmışdı? "Met Gala 2026"in mövzusu açıqlandı