Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycan və Sloveniya iqlim məsələlərinə xüsusi diqqət ayırır.
AZƏRTAC xəbər verir ki, bunu Sloveniyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“COP29-un Bakıda keçirilməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Burada yüksəksəviyyəli həmrəylik müşahidə etdik. Gələcəkdə iqlim məsələləri ilə bağlı bu tədbirin əhəmiyyətinin böyük olacağına inanırıq”, - deyə Tanya Fayon vurğulayıb.