Tanzaniya Milli Assambleyasının sədri ölkəmizə səfərə gəlib

15.11.2024

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının spikeri, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Newscenter.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью