Tanzaniya nümayəndəsi: COP29un kasıb ölkələrin maliyyələşdirilməsi baxımından müsbət nəticə verəcəyini düşünürəm AZƏRTAC

21.11.2024

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 21 noyabr, AZƏRTAC

Mən Tanzaniyada “İqtisadi güclənməyə doğru qadınların axtarışı” adlı təşkilatda işləyirəm. Noyabrın 12-dən Azərbaycandayam. Həqiqətən gözəl yerdir. Bakıdakı insanlar nəzakətlidirlər. Bizi çox gözəl səhər yeməyi, şam yeməyi və nəqliyyatla təmin edirlər. Nəsə lazım olanda kömək edirlər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında tanzaniyalı nümayəndə Judika Solomon Losai söyləyib.

COP29-un əsas mövzusunun maliyyə olduğunu bildirən Judika Solomon Losai deyib: “Bu konfransda qəbul edilən qərarların kasıb və ya inkişaf etməkdə olan ölkələri maliyyələşdirmək baxımından müsbət nəticə verəcəyini düşünürəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью