Tanzaniya ordusunun iki əsgəri Konqoda həlak olub

03.02.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Tanzaniyanın Cənubi Afrika İnkişaf Birliyində xidmət edən iki hərbi qulluqçusu Konqo Demokratik Respublikasında üsyançılarla döyüşdə həlak olub.

Bakıvaxtı.az-ın "Citizen" qəzetinə istinadən məlumatına görə, bu barədə Tanzaniya Ordusunun nümayəndəsi polkovnik Qaudentius İlonda bildirib.

“Yanvarın 24-də və 28-də Sake və Qoma şəhərlərinə hücumlar nəticəsində Tanzaniyanın iki əsgəri həlak olub, dördü isə yaralanıb”, - o deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью