Tanzaniyada 4 mərtəbəli bina uçdu: Ölənlər var

18.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Tanzaniya prezidenti Samiya Suluhu Həsən Darüs-Salamda 4 mərtəbəli binanın uçması nəticəsində 13 nəfərin öldüyünü, 84 nəfərin isə yaralandığını bildirib.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, G20 Liderlər Zirvəsinə qatılacağı Braziliyada açıqlama verən Həsən binanın çökdüyü Kariakoo bölgəsində axtarış-xilasetmə işlərinin davam etdiyini deyib.

O, hökumətin prioritetinin insanların həyatını xilas etmək olduğunu və Kariakoodakı binaların dayanıqlığını araşdırmaq üçün bir qrup təyin etdiklərini söyləyib.

Dağıntılar altında qalanların dəqiq sayı məlum deyil, ordu da daxil olmaqla təcili yardım qrupları sağ qalanların yerini müəyyən etməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью