Tanzaniyada bərə yanıb ölənlər var

14.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Nyasa gölündə Tanzaniyadan Mozambikə üzən "MV Chambo" sərnişin bərəsində yanğın baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğının ardınca bərədə partlayış olub və az sonra batıb.

Göyərtədə olan 44 nəfər suya tullanmağa məcbur olub. Onlardan üçü həyatını itirib. Bərədə olan 10 ton yük də suyun dibinə gedib.

Qeyd edək ki, yanğının səbəbi bəlli deyil. Hakimiyyət orqanları dünən axşam açıqlama yayaraq qəzanı bədbəxt hadisə kimi qələmə veriblər.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью