Tanzaniyada bina çöküb: 13 nəfər ölüb, 84 nəfər yaralanıb

19.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Tanzaniyanın paytaxtı Dar-əs-Salamın mərkəzində bina çöküb.

Oxu.Az "The Express Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Samiya Suluhu Hasan videomüraciətində bildirib.

Məlumata görə, xilasedicilər binanın dağıntıları altından 13 nəfərin meyitini çıxarıblar. Bundan başqa 84 nəfər xəsarət alan şəxs xilas edilib.

Çökmüş binanın qalıqları altında hələ də insanların olduğu bildirilir.

Hələlik qəzanın səbəbləri məlum deyil, lakin şahidlərin sözlərinə görə, buna binanın yeraltı mərtəbələrinin genişləndirilməsi işləri səbəb olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью