Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tanzaniyada iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 38 nəfər ölüb, 28 nəfər xəsarət alıb.
Oxu.Az bu barədə "Sinhua" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, Tanzaniyanın şimalındakı Kilimancaro bölgəsinin Moşi dairəsində iki avtobus toqquşduqdan sonra yanğın baş verib.
Qeyd olunur ki, avtobuslardan birinin qabaq təkəri partlayıb, toqquşmadan sonra alov hər iki nəqliyyat vasitəsini bürüyüb.
28 yaralıdan 22-si tibb müəssisələrindən evə buraxılıb, daha 6-sı isə xəstəxanalarda qalıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.