Tanzaniyada qoruqda 10 şir öldürülüb

21.09.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanzaniyada Nqoronqoro qoruğunda 10 başdan ibarət şir ailəsi öldürülüb

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qoruq idarəsindən yerli mətbuata məlumat verilib.

İdarə əməkdaşlarını fikrincə, şirlər öz əcəlləri ilə ölməyiblər, onları zəhərləyiblər. Bunu deməyə kifayət qədər əsas da var. Belə ki, şirlər Şərqi Afrikada heyvandarlıqla məşğul olan kənd əhalisinin təsərrüfatına ciddi ziyan vururlar. İnsanlar isa buna qarşı vəhşi heyvanları zəhərləməyə əl atırlar. Hazırda leşlər ekspertizaya göndərilib.

Qeyd edək ki, bənzər vəziyyət qonşu Keniyada da hökn sürür. Burada vəhşi heyvanların kənd təsərrüfatına tez-tez ziyan vurması insanların radikal addımlar atmasına səbəb olur. Maraq üçün bildirək ki, ötən ay Keniyada 4 nəfər 18 fili zəhərləyərək öldürdüyünə görə həbs olunub.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью