Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Tanzaniyada təyyarə havaya qalxarkən uçuş zolağına soxulan zebranı vurub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, olay "Sindbard Air" şirkətinə məxsus "Embraer EMB-120 Brasilia" sərnişin təyyarəsi Serengetidəki "Seronera" uçuş zolağından Zanzibar adasına doğru hərəkət edərkən baş verib.
Toqquşmadan sonra təyyarənin şassisində problem yaranıb və pilotlar nəqliyyat vasitəsini təcili olaraq Kilimancaro hava limanına endiriblər. 26 sərnişin və 4 ekipaj üzvünə heç nə olmayıb. Amma eniş zamanı şassilərdə problem olduğundan təyyarənin gövdəsi ciddi zərələnib. Həmçinin, hava limanı 5 saatlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, "Seronera" vəhşi təbiətin tam mərkəzində yerləşdiyindən heyvanların uçuş zolağına çıxması burada adi haldır və təyyarələrə ciddi təhlükə yaradır.
L.Tağıyeva