Tanzaniyanın Vitseprezidenti Azərbaycana səfərə gəlib

09.11.2024

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycana səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Tanzaniyanın xarici işlər nazirinin müavini Kosato David Çumi və digər rəsmi şəxslər qarşılayıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью