Tanzaniyanın vitseprezidenti Azərbaycana səfərə gəlib

09.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 9-da Azərbaycana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Tanzaniyanın xarici işlər nazirinin müavini Kosato David Çumi və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью