Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Trans-Adriatik qaz kəməri ilə indiyədək Avropaya 47 mlrd. kubmetr qaz nəql olunub.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən sayca 30-cu Yubiley “Baku Energy Forum”unda çıxış edərkən Trans-Adriatik qaz kəmərinin (TAP) icraçı direktoru Luka Şippati deyib.
Onun sözlərinə görə, TAP ilə nəql olunan ümumi qazın 39 mlrd. kubmetri İtaliyaya göndərilib.