TAP kəməri ilə Avropaya 64 mlrd. kubmetr qaz nəql olunub

17.11.2026

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ildən indiyədək Avropaya təhlükəsiz şəkildə 64 mlrd. kubmetr təbii qaz nəql edib.

Qaynarinfo xəbər verir ki, bu barədə TAP-ın “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan statusda bildirilib.

“Altı il. 64 milyard kubmetr qaz təhlükəsiz şəkildə nəql edilib. Dayanıqlı gələcəyə doğru etibarlı marşrut”, - paylaşımda qeyd olunur.

Bildirilir ki, 2020-ci ildən etibarən TAP Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verir, eyni zamanda Avropanın dəyişən enerji tələbatına uyğunlaşır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью