Tar ustası yaxşı alət düzəltməyin sirlərindən danışdı

10.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Özünəməxsus üslubu ilə seçilən 35 yaşlı tar ustası Fəxrəddin Cəfərov altı ildir ki, bu sənətlə məşğuldur.

Oxu.Az Photostock.az-a istinadla xəbər verir ki, 2007-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasını bitirən tar ustası Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin emalatxanasında çalışır.

Öz yeniliklərini tətbiq edərək bu sənətlə məşğul olan Fəxrəddin Cəfərov yaxşı alət düzəldə bilmək üçün əvvəlcə tar ifaçısı olmağın zərurətini vurğulayır. Gənc tar ustasının ən böyük arzusu isə işğaldan azad olmuş ərazilərdə musiqi alətləri emalatxanalarının fəaliyyət göstərməsi və gənc ustaların yetişməsidir. O, Qarabağda yetişən ağaclardan yonulan alətlərin yüksək keyfiyyətə malik olduğunu qeyd edir.

Daha çox foto burada: PhotoStock.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью