Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məhz bu cür içkini Çinin paytaxtı Pekindəki Həşəratlar Muzeyinin əməkdaşları ziyarətçilərə təklif edirlər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kofe tarakanlardan düzəldilmiş tozdan hazırlanır.
Acı və bir qədər də turş dadı olan kofe daha çox gənc nəslin nümayəndələrinin marağına səbəb olub. Tarakan tozundan hazırlanmış 1 fincan kofenin qiyməti 6 dollardır.
Yeri gəlmişkən, muzeydə qarışqalardan və qurd süfrələrindən hazırlanmış içkiləri də dadmaq olar.
L.Tağıyeva