Tarantino ən yaxşı 3 filminin adını çəkib | Icma.az
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalı rejissor və ssenarist Kventin Tarantino (Quentin Tarantino) şəxsi yaradıcılığının ən dəyərli işlərini açıqlayıb və niyə yeni layihədən imtina etdiyini izah edib.
“The Church of Tarantino” podkastında ikiqat “Oskar” mükafatı laureatının sözlərinə görə, onun sevimli filmi “Bir zamanlar… Hollivudda”dır.
Özünün ən yaxşı işi kimi “Şərəfsizlər dəstəsi”ni qiymətləndirib, “Kill Bill”i isə yalnız özü çəkə biləcək film adlandırıb: “Düşünürəm ki, “Kill Bill” mənim doğulma səbəbim olan filmdir.
“Şərəfsizlər dəstəsi” mənim zirvəmdir, amma “Bir zamanlar… Hollivudda” qəlbimdir”, – deyə Tarantino vurğulayıb.
Ssenarilər barədə danışarkən rejissor əlavə edib ki, ən güclü mətni “Şərəfsizlər dəstəsi”dir.
Onun fikrincə, “Nifrətlilər səkkizliyi” və “Bir zamanlar… Hollivudda” da ən yaxşı işlər sırasındadır.
Xüsusilə “Nifrətlilər səkkizliyi”ni rejissorluq baxımından ən uğurlu işi hesab etdiyini bildirib. Niyə yeni filmə başlamadı?
Tam oxu
Xəbəri oxu