Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Oskar"lı rejissor Kventin Tarantino qələmə aldığı ilk teatr tamaşası "The Popinjay Cavalier"i 2027-ci ilin martında Londonun "Phoenix Theatre" səhnəsində təqdim edəcək.
Kulis.az xəbər verir ki, 1830-cu illər Avropasında cərəyan edən komediyada baş rolu Saşa Baron Koen canlandıracaq.
Tamaşanın rejissorluğunu da Tarantino öhdəliyinə götürüb.
Mövzusu fırıldaqçılıq macəralarına əsaslanan layihə Saşa Baron Koenin sözügedən səhnədəki ilk roludur.
Qeyd edək ki, Tarantinonun ssenarisi əsasında Devid Finçerin çəkdiyi və Bred Pittin baş rolda çıxış etdiyi "The Further Mis-Adventures of Cliff Booth" ("Klif Butun yeni macəraları") filminin noyabrda nümayişi, eyniadlı kitabın isə dekabrın 8-də nəşri gözlənilir.
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi Qaraçı qızı - Migel de Servantesin hekayəsi "Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi