Tarantino və Bred Pittdən yeni layihə İllər sonra

03.10.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Amerikalı məşhur rejissor Kventin Tarantinonun "Bir zamanlar Hollivudda" filminin 7 ildən sonra davam layihəsi ekranlaşdırılacaq.

Kulis.az xəbər verir ki, Devid Finçerin rejissorluğu ilə ərsəyə gələcək "The Further Mis-Adventures of Cliff Booth" filmi dublyor Kliff But obrazından bəhs edəcək.

Ssenarisini Tarantinonun yazdığı layihədə Bred Pitt yenidən əvvəlki rolunda çıxış edəcək.

1977-ci il Hollivudunda cərəyan edən film noyabrın 25-də IMAX kinoteatrlarında, dekabrın 23-də isə "Netflix"də nümayiş olunacaq.

Qeyd edək ki, paralel olaraq Tarantinonun obraz haqqında yazdığı eyniadlı romanı da dekabrın 8-də işıq üzü görəcək.

Aziz Sancar “Şöhrət” ordeni ilə təltif edildi - SƏRƏNCAM "Tanrı sığalıdır sənin həyatın..." - Şeirlər Qədim hamamlar muzey olaraq fəaliyyət göstərəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью