Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyaca məşhur amerikalı rejissor Kventin Tarantinonun üçüncü övladı olub.
Axşam.az xəbər verir ki, rejissorun həyat yoldaşı, israilli müğənni və aktrisa Daniella Pick oğlu dünyaya gəlib.
Qeyd edək ki, Kventin Tarantino və Daniella Pick 2018-ci ildə ailə qurublar. Cütlüyün ilk övladı Leo 2020-ci ildə, qızları Adriana isə 2022-ci ildə dünyaya gəlib.