Kulis.az saytına istinadən Icma.az xəbər verir.
Məşhur amerikalı rejissor Kventin Tarantinonun “Kill Bill: The Whole Bloody Affair” adlı filmi 12 dekabr 2025-ci il tarixindən başlayaraq kinoteatrlarda nümayiş etdiriləcək.
Kulis.az xəbər verir ki, film daha əvvəl iki ayrı hissə - "Kill Bill: Volume 1" və "Kill Bill: Volume 2" kimi təqdim edilib. Bu yeni versiyada bu iki hissə birləşdiriləcək və arada keçidlər, bəzi dəyişikliklər ediləcək.
Yeni versiyada 7,5 dəqiqəlik animasiya səhnəsi olacaq ki, bu səhnə indiyədək tamaşaçılara təqdim edilməyib.
Qeyd edək ki, ekran əsərinin ümumi müddəti 250 dəqiqədən çox olacaq və nümayişlərdə fasilə (intermission) ola bilər.
88 yaşlı Zeynəb Xanlarovadan canlı ifa O, Qarabağın ermənilərə verilməsinin qarşısını necə aldı? - Nəriman Nərimanovun ev muzeyindən reportaj “Tanrının otağı” filminin posteri yayımlandı