Tardif gedir, yoxsa qalır?

04.03.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Hokkey Federasiyasının (IIHF) prezidenti Lük Tardif gələcəklə bağlı planlarını martda müəyyənləşdirəcəyini bildirib.

"Football-plus.az" xəbər verir ki, 72 yaşlı funksionerin dediyinə görə, Olimpiya Oyunlarından sonra növbəti müddətə namizədliyini irəli sürüb-sürməyəcəyi dəqiqləşəcək:

“Artıq demişəm ki, Olimpiya Oyunlarından sonra qərarımı verəcək. Çox güman, bunu martda edəcəm”.


Kanada əsilli fransız 2021-ci ilin sentyabrında Sankt-Peterburqda keçirilən konqresdə IIHF prezidenti vəzifəsinə seçilib. O, 1994-cü ildən bəri bu quruma rəhbərlik edən Rene Fazelin yerini tutub. Məhz Tardifin dönəmində Rusiyanın bütün yaş qrupu yığmaları Ukrayna ərazisini işğal planlarına görə beynəlxalq yarışlardan uzaqlaşdırılıb. Həmçinin onun dönəmində MHL-də çıxış edən hokkeyçilər 2014-cü ildən bəri ilk dəfə Olimpiadaya qatılıb.
IIHF prezidenti vəzifəsinə seçki sentyabrın sonunda keçiriləcək konqresdə olacaq. Həmin vəzifəyə iddialılar iyunun 1-nə qədər ərizəsini təqdim edə bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью