Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ-də tətbiq olunan idxal tarifləri ətrafında siyasi və iqtisadi mübahisələr yeni mərhələyə keçib. Konqresin Büdcə İdarəsinin (CBO) açıqladığı son hesablamalara görə, Prezident Donald Trampın tətbiq etdiyi bəzi tariflərin Ali Məhkəmə tərəfindən ləğv edilməsi və ya məhdudlaşdırılması ölkənin dövlət borcunu yaxın 10 il ərzində əlavə 2 trilyon dollar artıracaq.
"Cebheinfo.az" xəbər verir ki, tariflərdən əldə olunan gömrük gəlirlərinin azalması fonunda ABŞ-nin ümumi milli borcunun 2036-cı ilə qədər 26 trilyon dollar artaraq ÜDM-in 124%-nə çatacağı proqnozlaşdırılır. Bundan əlavə, əvvəlki fövqəladə səlahiyyətlər çərçivəsində toplanmış 166 milyard dollarlıq gömrük rüsumunun geri qaytarılması da 2026-cı maliyyə ilində büdcə gəlirlərində kəskin azalmaya səbəb olub.
Senatın Büdcə Komitəsində demokratlar administrasiyanın tarif siyasətinin amerikalı ailələr üçün istehlak mallarını bahalaşdırdığını bildirsələr də, ekspertlər rüsumların kəskin ləğvinin büdcə balansında böyük boşluq yaradacağını qeyd edirlər. Hazırda Konqresdə bu itkilərin kompensasiyası və yeni ticarət rüsumlarının tənzimlənməsi ilə bağlı müzakirələr davam edir.
Vilayət Muxtar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin