Tarif müharibəsindən sonra bir ilk: Çin və ABŞ danışıqlara başlayıb

10.05.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın əlavə gömrük rüsumları tətbiq edərək Çinlə başladığı tarif müharibəsində yeni bir irəliləyiş var. Çin və ABŞ rəsmilərinin ticarət danışıqlarına başlamaq üçün görüşdüyü bildirilir.

Bizimyol.info xəbər verir ki, Çin Dövlət Televiziyasının verdiyi məlumata görə, Çin və ABŞ rəsmiləri ticarət danışıqlarına başlamaq üçün İsveçrənin Cenevrə şəhərində görüşüblər.

"Çin-ABŞ yüksək səviyyəli iqtisadi və ticarət danışıqları İsveçrənin Cenevrə şəhərində yerli vaxtla saat 10:00-da başlayıb", - deyə Çin Dövlət Televiziyasının xəbərində deyilir.

ABŞ qarşılıqlı tarif qərarları nəticəsində Çinə əlavə 145% gömrük rüsumu tətbiq etmək qərarına gəlib. Tramp isə Çinə tətbiq edilən tarifləri azalda biləcəyinə işarə edib. Tramp: "Çinə 80% tariflər düzgün görünür!",- deyə bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью