Tarif Şurası təbii qazın qiymətini artırdı Yeni tariflər

02.01.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Təbii qazın ölkədaxili tarifləri tənzimlənib.

Yeniavaz.com xəbər verir ki, Tarif Şurası bu barədə qərar verib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью