Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlum olduğu kimi, 2025-ci ilin gəlişi özü ilə yeni xəbərlər də gətirdi. Amma bu xəbərlər vətəndaşların ürəyincədirmi?
İctimai rəyə nəzər salsaq, hal-qəziyyənin heç də ürək açan olmadığını demək olar.
Belə ki, Tarif Şurası Yeni ildə “yeni artımlar”la yenidən gündəmə gəldi, kommunal xidmətlərin qiyməti təkrarən qaldırdı.
“Qiymət artımının əsaslandırması ağlabatan və yetərli deyil. Bu ilin ilk statusunu pozitiv əhval-ruhiyyədə yazmağı özümə söz vermişdim.
Bir Allah şahiddir ki, hökumət buna imkan vermədi.” Gununsesi.info xəbər verir ki, bu sözləri Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O, həmçinin bildirib: “Bu gün hökumət işıq, qaz və suyun qiymətini artırdı.
Cəmiyyətdə həm də ictimai yük daşıdığımdan, mən dərhal bu bahalaşmanın əsaslandırılması ilə maraqlandım.