Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az “Bloomberg Economics”ə görə, tariflər qlobal artıma mənfi təsir göstərəcək.
Banco.az xəbər verir ki, “Bloomberg” Trampın tariflərini ABŞ üçün böyük bir vergi artımı adlandıraraq, 2025-ci il üçün ABŞ iqtisadi artım proqnozunu 2,1 faizdən 1,3 faizə endirib.
Dünyanın ən böyük iki iqtisadiyyatından biri olan və hal-hazırda 100 faizdən yuxarı tariflərlə qarşılaşan Çin üçün isə “Bloomberg” 2025-ci il üzrə 4,5 faiz olan artım proqnozunu 4,2 faizə endirib.
Qlobal iqtisadi artım proqnozları aşağı düşür Qlobal iqtisadi artımla bağlı olaraq “Bloomberg” tariflər və ticarət müharibəsi gözləntilərinin ardından 2025-ci il üzrə ÜDM proqnozunu 3,1 faizdən 2,7 faizə endirdiyini bildirib.
“Bloomberg”in 2025-ci il üçün proqnozu, 2024-cü ildəki 3,2 faiz və Covid-19-dan əvvəlki dövrdəki 3,4 faizlə müqayisədə daha aşağıdır.
Şirkət 2026-cı ildə isə qlobal iqtisadi artımın 2,8 faizlə daha aşağı olacağını proqnozlaşdırır.
“Bloomberg”in hesablamalarına görə, 2027-ci ilin sonuna qədər qlobal iqtisadiyyat təxminən 2 trilyon dollar zərər görə bilər.